"Real sektorun fəaliyyətinin bərpası iqtisadi aktivliyi təmin edəcək" ÖZƏL - AÇIQLAMA

"2020-ci ilin istər ilk üç ayın, istərsə də 4 ayın yekunlarında Azərbaycan qeyri-neft sektorunda artım tempini qoruyub saxlamışdı. Daha sürətli artım tempi üçün də iqtisadiyyatın yenidən açılmasına ehtiyac var idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov bu gündən etibarən restoran, kafe və ictimai iaşə obyektlərinin fəaliyyətinin bərpa olunmasının iqtisadiyyatımızdakı payından danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya şəraitində Azərbaycan artıq iqtisadiyyatda sosial izolyasiya tədbirləri fonunda real sektorun mərhələli şəkildə açılması siyasətini həyata keçirdi və təbii ki, yenə də insanların sağlamlığının qorunması Azərbaycan üçün prioritetdir: "Məqsəd və siyasət ondan ibarətdir ki, real sektorun mərhələli şəkildə fəaliyyətinin bərpa olunması fonunda belə insanlar sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər. Sosial məsafənin saxlanılması, tibbi maskalardan istifadə etmək vacibdir, bu kontekstdən növbəti mərhələdə də, məhz, real iqtisadiyyatın yenidən açılması mərhələsi həm də bizim üçün sosial məsəfə və o cümlədən, tibbi maskalardan istifadəsi kimi məsələlərin önə çıxarılması baxımından vacib olacaq. Amma sözsüz təbii ki, yenidən açılım real iqtisadiyyatın canlanmasına mərhələ şəkildə aktivliyin bərpa edilməsinə imkan verəcək və əslində proqnoz ondan ibarətdir ki, bu mərhələli şəkildə canlanma sayəsində real iqtisadiyyatın aktivliyini təmin edilsin".

Millət vəkili qeyd edib ki, kafe, restoran və ictimai işə obyektlərinin fəaliyyətini bərpa etməsi və mərhələli şəkildə iqtisadi sektorların fəaliyyətinin canlanması iqtisadi inkişafdakı stabilliyin qorunub saxlanmasına imkan verəcək: "2020-ci ilin istər ilk üç ayın, istərsə də 4 ayın yekunlarında Azərbaycan qeyri-neft sektorunda artım tempini qoruyub saxlamışdı. Daha sürətli artım tempi üçün də iqtisadiyyatın yenidən açılmasına, fəaliyyət sahələrinin bərpasına ehtiyac var idi. Güman olunur ki, bu xüsusilə də, qeyri-neft sektorunda daha sürətli artımın qeydə alınmasına imkan yaradacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə