Dünya iqtisadiyyatı koronadan nə vaxt qurtulacaq? TARİX AÇIQLANDI

Dünya iqtisadiyyatı koronadan nə vaxt qurtulacaq? TARİX AÇIQLANDI

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Jeromü Powel yeni növ koronavirus pandemiyasına görə, dünya iqtisadiyyatının bərpasının gələn ilin sonuna qədər davam edəcəyini açıqlayıb. SİA-nın xəbərinə görə, FED rəhbəri qeyd edib ki, bunun üçün ilk növbədə insanların inamı tam yerinə gəlməlidir: “İnsanların yenidən inamlı olması üçün də vaksinin hazır olmasını gözləməliyik”.

O bildirib dünya iqtisadiyyatı ilə bağlı proqnozlar COVİD-19 pandemiyasına bağlıdır: “Dünyada pandemiya nə qədər tez nəzarətə alınarsa, müəssisələr o qədər tez fəaliyyətlərini bərpa edə biləcəklər: “Gələcək aylarda karantin rejiminin yumşaldılması nəticəsində insanların iş fəaliyyətinə dönməsi nəzərdə tutulsa da, həmin dövrdə pandemiya ilə bağlı II dalğa başlaya bilər: “Əgər dünyada II dalğa olmazsa, o zaman ilin sonunadək bu sahədə müəyyən irəliləyiş müşahidə etmək olar”,

Onu sözlərinə görə, insanlar xərcləmə davranışında diqqətli olacaq və iqtisadiyyatın bəzi sahələri daha yavaş-yavaş toparlanacaq: “İqtisadiyyatın tamamilə sağlamlaşdırılması üçün insanların etimadını tam şəkildə qazanmaq lazımdır. Bunun üçün peyvəndin çıxmasını gözləmək lazım gələ bilər”.

Peyvəndin vaxtının qeyri-müəyyən olduğuna diqqət çəkən Powel, bunun ən qısa müddətdə hazırlanacağına ümid etdiyini, insanların özlərini tam təhlükəsiz hiss edənə qədər iqtisadiyyatın çətinlik çəkəcəyini söyləyib.

Hazırda dünyada pandemiya ilə bağlı gedən prosesləri “böyük ağrı və çətinliklər dövrü” kimi xarakterizə edən Powel, iqtisadiyyatın bərpa ediləcəyi, insanların tam şəkildə fəaliyyətlərinə qayıdacağı yalnız uzun və ən tezi isə ortamüddətli perspektivdə nəzərdə tutulub: “Bu, gələn ilin sonuna qədər uzadıla da bilər. Tam zamanı bilmirik. Bunun daha tez olacağını ümid edirik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə