Neftə tələbat proqnozu dəyişdirilib

Neftə tələbat proqnozu dəyişdirilib

Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-ci il üzrə neftə qlobal tələbatın azalması proqnozunu 0,7 mln. barel/gün artıraraq gündəlik 9,3 mln. bareldən 8,6 mln. barelə endirib. SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) may ayı hesabatında qeyd edilib.

Bildirilib ki, ilin II yarısının əvvəlki proqnozdan bir qədər zəif olacağına baxmayaraq bu proqnoz verilib.

Agentliyin proqnozuna görə, II rübdə neftə qlobal tələbat ötən ilin müvafiq dövründən 19,9 mln. barel/gün az olacaq.

Aprel ayında neftə gündəlik tələbat 25,2 mln. barel azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə