ABŞ-da xam neft ehtiyatları keçən həftə ilə müqayisədə 700 min barel azalıb. SİA xəbər verir ki, ABŞ Enerji Məlumat İdarəsi ölkənin ticarət xam neft ehtiyatlarının ötən həftəyə nisbətən 700 min barel və ya 0,1 faiz azalaraq 531,5 milyon barelə düşüb.
Bazarı təhlil edən ekspertlərin fikrincə, ehtiyatların 4,1 milyon barel artacağı gözlənilirdi. Ölkənin xam neft ehtiyatları bir həftə əvvəl 4,6 milyon barel artım təşkil etmişdi. Ölkənin ixraca istiqamətlənmiş xam neft ehtiyatları ardıcıl olaraq 15 həftəlik artımdan sonra ilk dəfə azalıb.
Ticarət xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 1,9 milyon barel və ya 0,3 faiz artaraq 639,8 milyon barelə çatıb.
Cari dövrdə ABŞ-ın qaz ehtiyatları isə 3,5 milyon barel və ya 1,4 faiz azalaraq 252,9 milyon barelə enib. Bazarı təhlil edən ekspertlərin fikrincə, benzin ehtiyatlarının 2,2 milyon barel azalacaq. Ölkədəki benzin ehtiyatları bir həftə əvvəl 3,2 milyon barel azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB