Elmir Vəlizadə: “Yaxın zamanlarda Bakcell və Azercell mobil operatorları 3G xidmətlərindən istifadə etmək üçün lisenziyanı əldə edə biləcəklər” - MÜNASİBƏT
Yaxın zamanlarda Bakcell və Azercell mobil operatorları 3G xidmətlərindən istifadə etmək üçün lisenziyanı əldə edə biləcəklər. SİA-nın məlumatına görə, bunu açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Azərbaycanda lisenziyanın verilməsində müəyyən məhdudiyyətlərin olması ilə bağlı söylənən fikirlərə münasibət bildirən nazir müavini bildirib ki, Azərbaycanda heç nəyə məhdudiyyət qoyulmur və heç bir hesabatda qeyd olunmayıb ki, ölkəmizdə məhdudiyyət var.
"Bizim dövlətimizin siyasəti informasiya texnologiyalarının inkişafına maneə deyil, onun daha da inkişafına yönəlib. Buna görə də biz bu hesabatla razı deyilik və onu fikirləşmədən atılmış addım kimi qiymətləndiririk. Mobil operatorlara 3G xidmətlərini dəstəkləyən lisenziyanın verilməməsinin səbəbi ilə bağlı bizim nazirliyə deyil, mobil operator şirkətlərinə müraciət etmək lazımdır. Hesab edirəm ki, yaxın zamanlarda adıçəkilən mobil operatorlar bu lisenziyanı əldə edə biləcəklər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB