Neftin qiyməti bahalaşıb

Həftənin əvvəlində dünya bazarında ucuzlaşmaqda davam edən "qara qızıl"ın qiymətində bu həftənin ikinci yarısında bahalaşma müşahidə olub. SİA-nın xəbərinə görə, London birjasında "Brent Crude Oil" markalı neftinin bir barelinin qiyməti 2.52 dollar qalxaraq 123,85 dollar təşkil edib.

 

Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 3.17 dollar artaraq, 111,45 dollara çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə