Dünya bazarlarında qızılın qiyməti maksimum həddə çatıb. SİA-nnı xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb isə digər valyutalarla nisbətdə dolların məzənnəsinin düşməsi və bir sıra Avropa ölkələrində borc vəziyyətinə görə yaranan narahatçılığın hələ də qalmasıdır. Belə ki, qiymətli metalın bir unsiyası 1500 dollara satılır.
Ötən gün Nyu-Yorkun Comex birjasında qızılın iyun fyuçersinin üçqat unsiyası 0.5 faiz bahalaşaraq 1503 dollar təşkil edib. Dollar isə digər altı ölkənin valyutası səbətində 0.4 faiz düşərək 74.6 bəndə enib.
Qeyd edək ki, 2011-cu ildə qızıl 30 faiz bahalaşıb. "Qiymətli metal"ın dəyərinin artması artıq 10 ildir ki, davam etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB