“Nataxtari” nişanlı alkoqolsuz içkilərində boyaq maddələri aşkar edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları alkoqolsuz içkilərin idxalı ilə məşğul olan "EVE-S" MMC-də dövlət nəzarəti həyata keçiriblər.
Komitədən SİA-ya verilən xəbərə görə, müəyyən olunub ki, müəssisə Gürcüstanda istehsal olunan müxtəlif həcmdə şüşə və polietilen qablara qablaşdırılan"Nataxtari" nişanlı tərxun, duşes və üzüm alkoqolsuz içkilərinin ölkəyə idxalı və satışı ilə məşğul olur.
İdxal olunan məhsullardan nümunələr götürülərək keyfiyyətinin və tərkibinin yoxlanılması məqsədi ilə Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına verilib. Aparılmış sınaq nəticələrinə əsasən məhsulun tərkibində markalanmasında göstərilməyən qida məhsulları üçün nəzərdə tutulmuş tartazin (E-102) və indiqokarmin (E-132) boyaq maddələri aşkar edilib.
Məlumat üçün bildirək ki, "E" markalı qida qatqıları üçün mövcud olan tələbə əsasən məhsul istehsalı zamanı bu maddələrdən istifadə olunduğu təqdirdə məhsulun markalanmasında qeyd olunmaqla istehlakçının məlumat alması təmin olunmalıdır.
Aşkar edilmiş ilkin pozuntularla bağlı qanunvericilikdə nəzərdə tutlmuş tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB