Koronavirus dövründə Azərbaycan nə qədər turist gəlib? ARAŞDIRMA

Koronavirus dövründə Azərbaycan nə qədər turist gəlib? ARAŞDIRMA

Bütün dünya ölkələrində turizm sektorlarının fəaliyyəti koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi ilə əlaqədar dayandırılıb. Eyni zamandan Azərbaycanda da turizm sektorunda pandemiya ilə bağlı durğunluq hökm sürür. Pademiya bütün dünyada vüsət almağa başlayandan bu yana sıra ilə bütün dövlətlər sərhədlərini digər ölkələrin vətəndaşlarına bağladı. SİA xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən dünyada pandemiyanın vüsət aldığı dövrdə yanvar-fevral aylarında ölkəyə gəlmə turist sayı - 377 893 kimi qeydə alınıb. Mart ayının statistikası isə verilməyib. Bu da Azərbaycanda elan olunan karantin rejimi ilə əlaqədardır.

Ən çox turist isə Rusiya Federasiyasından - 109 913 nəfər, Gürcüstandan - 99 113 nəfər, Türkiyədən - 43 326 nəfər, İrandan - 24 440 nəfər, Hindistandan - 10 696 nəfər və Səudiyyə Ərəbistanından - 10 619 nəfər kimi qeydə alınıb.

Post-pandemiya dövründə ölkədə turizm sektorunda canlanmanı necə bərqərar edə bilərik? - sualına cavab verən iqtisadi məsələlər üzrə ekspert Samir Əliyev bildirib ki, post-pandemiya dövründə nəzərə alsaq ki, qiymətlər bir müddət qalxmayacaq, ona görə də ölkə turizmini inkişaf etdirmək lazımdır:

"İndi turizmi inkişaf etdirmək üçün müəyyən bir şərait, daha doğrusu zəmin yaranıb. Bu zəmin nədən ibarətdir? Hələ ki, ölkələr arasında əlaqələr bərpa olunmayıb və sərhədlər açılmayıb. İnsanlar başqa ölkələrə turist kimi getməyəcəklər. Bu bizim üçün bir şəraitdir. Bundan istifadə edib, mütləq elə etmək lazımdır ki, insanlar yerli turizmə diqqət yetirsinlər".

Bəs, haradan başlamaq lazımdır?

"İlk növbədə qiymətlərin ucuz olması çox vacibdir. Çünki, qiymətlər baha olduğundan insanlar Türkiyəyə, Gürcüstana dincəlmək üçün müraciət edir. İkinci məsələ isə xidmətlərin keyfiyyətidir. Azərbaycanda yaxşı turizm obyektləri var, lakin, xidmətlər lazımı səviyyədə deyil. Üçüncü məsələ isə, dövlət turizm şirkətləri, turizm xidmətləri, turizm istirahət zonalarının inkişafı üçün dəstəyini artırmalıdır. Onlara təcili olaraq ucuz kreditlər, yüngül şərtlərdə kreditlər verməlidir. Bununla da onlar qısa müddətdə öz strukturlarını qura bilərlər".

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin statistikasına görə 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 2,9 milyon turist gəlib ki, bu öz növbəsində ötən ilə nisbətən 11,1 faiz artımı təşkil edib.

Belə ki, ümumi ilin təhlilinə nəzər salsaq ölkəyə Rusiya, Gürcüstan və Yaxın Şərqən daxil olanların sayının daha çox olduğunu görürük. 2018-ci ilin həmin dövrü ilə müqayisədə keçə ilə nisbətən artım qeydə alınmışdır. Belə ki, ötən ilin eyni dövründə ölkəyə 2,6 milyon gəlmə sayı qeydə alınıb.

Ötən illə müqayisədə yalnız Yaxın Şərqdən gələnlərin sayında 3,9 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsinin turizmlə bağlı 2020-ci ilin yanvar-fevral ayları ərzində gəlmə turist sayı ilə bağlı statistikasını nəzər salsaq Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaş qrupları üzrə sayı belə əks olunub:

Turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfərin məqsədləri üzrə sayı isə bu cür təsnif olunub: İşgüzar məqsədlə - 95 026 nəfər, istirahət, əyləncə məqsədilə - 146 681 nəfər, qohumlara, dostlara baş çəkmək məqsədilə - 96 800 nəfər, müalicə məqsədilə - 8 625 nəfər, dini ziyarət - 2 235 nəfər, mağazalara baş çəkmək məqsədilə - 666 nəfər, tranzit məqsədilə - 23 823 nəfər, digər turizm məqsədilə - 4 037 nəfər.

Turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin yaşayış (yerləşmə) vasitələri üzrə sayı aşağıdakı kimidir:

Qeyd edək ki, ötən günlərdə Mərkəzi Bankın qərarına əsasən Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş 1 milyard manat həcmində biznes kreditləri üzrə 10 minə yaxın iş adamının güzəştlərdən faydalanması üçün imkan yaradılacaq. İqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərin, o cümlədən, sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindn verilmiş, 2020-ci ilin 1 mart tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradacaq.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə