"Çap mediasına dövlət dəstəyinin nəzərdə tutulub" Natiq Şirinov

"Çap mediasına dövlət dəstəyinin nəzərdə tutulub" Natiq Şirinov

"Dəstək proqramının təqdim edilməsinin əsas məqsədlərindən biri də məhz məşğulluğun qorunması ilə bağlıdır. Maliyyə dəstəyinin verildiyi ilk gündən İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar bu istiqamət üzrə fəaliyyət göstərir və nəzarət tədbirlərini həyata keçirir". SİA-nın verdiyi məlumata görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət tərəfindən sahibkarlara verilən kompensasiyaların işçilərə ödənilib-ödənilməməsi məsələsinə münasibət bildirərkən deyib .

Onun sözlərinə görə, bu proses davamlı olacaq: "Əminəm ki, istədiyimiz effektə nail olacağıq".

Çap mediasına dövlət dəstəyinin nəzərdə tutulub-tutulması ilə bağlı məsələyə münasibət bildirən Dövlət Vergi Xidmətinin vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov qeyd edib ki, pandemiyadan zərər çəkən müəssisələr sırasına poliqrafiya və çap sahələri də daxil edilib: "Dövlət dəstəyi almaq üçün onlar sistemə müraciət etməlidirlər. Müraciətə çox qısa müddətə baxılacaq və təhlil apardıqdan sonra maliyyələşmə aparılacaq".

Mikayil Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının maliyyə resirsları ölkə vətəndaşlarını sağlamlığı və rifahı əsas götürülür: "Sahibkarlara maddi dəstəyin məqsədi iş yerlərinin məşğulluğunu təmin etməkdir. İqtisadiyyat və maliyyə nazirliyi bu proses ilk gündən izlənilir. Sahibkarların işçilərə maaşının ödənilməsi həmişə nəzarətdə saxlayır. Artıq fərdi sahibkarlara da ödənişlər edilir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə