Mərkəzi Bankın güzəşt tədbirləri kredit borcu olanlar üçün nə vəd edir? AÇIQLAMA-ÖZƏL

Mərkəzi Bankın güzəşt tədbirləri kredit borcu olanlar üçün nə vəd edir? AÇIQLAMA-ÖZƏL

“Azərbaycan Prezidentinin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək. Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək kimi verilmiş ipoteka kreditləri Fondun razılığı əsasında bu il sentyabr 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq”. Bu barədə SİA-ya Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

O bildirib ki, Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb.

Deputat söyləyib ki, Mərkəzi Bankın krediti borcu olanlar, bütövülükdə banklar və maliyyə xidmətləri sektoru üçün güzəşt paketində əsas məqamlardan biri kredit borcu olanlar ilə bağlıdır.

Onun sözlərinə görə, paketə əsasən, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilir: “Bu o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyyə edib”.

V. Bayramov qeyd edib ki, bununa yanaşı, sənədə əsasən, bu il martın 1-i vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi): “Yəni, əgər vətəndaşımızın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, o onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək. Paket maliyyə bazarlarnda digər sektorları da əhatə edir”.

Güzəşt paketi sistemli olduğunu açıqlayan deputat əlavə edib ki, sənəd pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa imkan verəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə