“Vergi güzəştləri sahibkarların yükünü azaldacaq” ŞƏRH_ÖZƏL
“Bu gün dünyanın 200-dən çox ölkəsi pandemiya böhranından əziyyət çəkir. Dünyanın ən inkişaf etmiş ölkələri koronavirisun yaratdığı fəsadlar qarşısında aciz qalmasına baxmayaraq, Azərbaycanda vəziyyət digər ölkələrlə müqayisədə qat-qat yaxşıdır. Belə ki, ölkəmizdə koronavirusa yoluxanların sayı başqa ölkələrə nisbətən daha azdır. Bu da əlbəttə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanıın rəhbərliyi ilə ölkəmizdə atılan qabaqlayıcı tədbirlər sayəsində mümkün olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Rüfət Quliyev deyib.
O bildirib ki, ölkəmizdə tətbiq olunan ciddi karantin rejimi pandemiyanın daha geniş yayılmasının qarşısını alan əsas tədbirlərdən biridir: “Düzdür, bəzi insanlar bu rejimi o qədər də ciddiyə almasalar da, son günlərin statistik rəqəmlərində sağalanların sayının yoluxanları üstələməsi sevindiricidir”.
Deputat söyləyib ki, pandemiyanın fəsadları mart ayının 15-dən özünü göstərməyə başlayıb: “ Cənab Prezidentin də söylədiyi kimi Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizə istiqamətində həyata keçirdiyi tədbirlərin əsas məqsədi pandemiyadan az itki ilə çıxmaq və post-pandemiya iqtisadiyyatını qurmaqdır. Artıq bu istiqamətdə işlər gedir. Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərin verilməsi bu istiqamətdə atılan addımlardan biridir”.
Hazırki vəziyyətdə bir neçə sahə istisna olmaqla sahibkarların heç bir qazanc əldə etmək imkanlarının olmadığını deyən R. Quliyev vurğulayıb ki, bu baxımdan da İqtisadiyyat Nazirliyi tərəfindən vergi Məcəlləsi və “ Sosial sığorta haqqında” qanuna zəruri dəyişikliklərlə bağlı təkliflər planı hazırlanaraq hökumətə və daha sonra isə Milli Məclisə təqdim olunub: “Bu təkliflərin əsas məqsədi bir tərəfdən sosial problemlərin qarşısını almaq, digər tərəfdən də iqtisadiyyatı işlək vəziyyətdə saxlamaqdır. Təkliflər Paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir”.
Onun sözlərinə görə, bununla yanaşı, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə eilən mənfəətin 75 faizi miqdarının vergi güzəştlərinin verilməsi nəzərdə tutulur: “Burada əsas məqsəd xüsusilə də mikro bizneslərə yardım etməkdir. Hətta onlar üçün istisna da nəzərdə tutulub. Belə ki, kiçik biznes sahələri arasında pandemiyadan çox ziyan çəkməyənlər üçün də kifayət qədər köməklik ediləcək. Təkliflər paketində yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxana tipli digər obyektlərin, turoperator və turagent, ictimai iaşə fəaliyyəti, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə), sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının, idman-sağlamlıq obyektləri və digər fəaliyyət istiqamətləri üzrə vergi ödəyiciləri bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azad olacaqlar. Bu əlbəttə ki, onların yükünü azaldacaq”.
Azərbaycan dövlətinin geniş iqtisadi imkanlara malik olduğunu deyən komitə üzvü qeyd edib ki, ölkə rəhbərliyi pandemiyanın həm ölkə iqtisadiyyatı, həm də vətəndaşların sosial müdafəsini ziyan vurmaması istiqamətində düşünülmüş, operativ qərarlar qəbul etməsi Onun hər zaman olduğu kimi bu məsələdə də vətəndaşının yanında olduğunu göstərir: “Əlbəttə ki, qəbul edilən qərarlar bununla bitmir. Düşünürəm ki, vəziyyətdən asılı olaraq bu tipli qərarların davamlı olacağı istisna edilmir”.
R. Quliyev əlavə edib ki, hazırda dünya pandemiyanın fəsadlarının ilkin mərhələsindədir: “Əgər dünya pandemiyadan tezliklə canını qurtarsa belə, ölkələr yaxın 6 ayda koronavirusun fəsadlarını hiss edəcəklər. Beynəlxalq Valyuta Fondunun açıqladığı rəqəmlərdə də göstərilir ki, dünyada yarım milyarddan çox insanın sosial vəziyyəti pandemiyaya görə pisləşəcək. Hansı ölkələrin iqtisadiyyyatı zəifdir bu fəsadlar onlarda lap çox özünü biruzə verəcək. Bütün ölkələr pandemiayay qarşı mübarizə istiqamətində müxtəlif proqramlar qurur. Lakin hesab edirəm ki, Azərbaycanda pandemiyadann az itki iləı çıxmaq istiqamətində həyata keçirilən proqramlar daha praqmatik, düşünülmüş proqramlardır. Biz əminik ki, ölkə iqtisadiyyatımız bu çətinlikdən də üzüağ çıxacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB