Azərbaycanda bu ilin I rübündə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816 mln. manat olmaqla, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 9,6% artıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından yanacaq mazutunun istehsalı 53,3%, neft bitumunun istehsalı 38,6%, sürtkü yağlarının istehsalı 30,6%, avtomobil benzininin istehsalı 13,5%, dizel yanacağının istehsalı 8,6% artıb, neft koksunun istehsalı 2,9%, ağ neftin istehsalı 4,9%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9% azalıb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB