Azərbaycanda istehlak qiymətləri artıb

Azərbaycanda istehlak qiymətləri artıb

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2011-ci ilin mart ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir.

İTM İctimaiyyətlə əlaqələr departamentindən SİA-ya verilən xəbərə görə, aparılmış statistik müşahidələrin nəticəsi göstərir ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,46 faiz artıb. Bu zaman Bakıda qiymətlər 1,56 faiz, regionlarda isə 1,35 faiz artıb. On iki ay ərzində ölkədə 14,90 faiz inflyasiya baş verib.

Bu dövrdə qiymət və tariflərin məcmu və qruplar üzrə indeksləri aşağıdakı kimi dəyişib:

İSTEHLAK QİYMƏTLƏRİNİN İNDEKSİ (% -lə)

Dekabr 2010/

mart 2011

Mart 2010 /

Mart 2011

Cəmi ərzaq malları və xidmətlər (İnflasiya)

+ 5,60

+14,90

Ərzaq malları, içkilər və tütün

+9,60

+26,20

Qeyri-ərzaq malları

+0,59

+ 2,89

Xidmətlər

+1,63

+2,74

Fevral ayına nisbətdə mart ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsi aşağıdakı kimi olub:

Cəmi mallar və xidmətlər üzrə

Ərzaq

Qeyri-ərzaq

Xidmətlər

Bakı şəhəri

+1,56

+2,91

- 0,16

+0,17

Regionlar

+1,35

+2,33

+0,24

+0,17

Mart ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə doğranmış çəkidə sümüklü mal əti (11,17 faiz), buğda unu (8,83 faiz), alma(8,68 faiz), kərə yağı (5,56 faiz), ağ kələmdə(3,92 faiz), ən çox ucuzlaşma yenə ərzaq məhsullarından toyuq yumurtası (54,00 faiz), göyərti (18,07 faiz), banan(9,21 faiz), təmizlənmiş düyü(5,99 faiz), qeyri-ərzaq məhsullarından 7-13 yaşlı oğlanlar üçün qış kostyumunda(22,91 faiz) qeydə alınıb.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında mart ayı üzrə istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, mart ayında Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 165,33 manat, pensiyaçılar üçün 149,04 manat, 0-14 yaşlı uşaqlar üçünsə 202,91 manat təşkil edib. Mart ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 106,04 manat, pensiyaçılar 94,88 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 119,63 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 33,97 manat, pensiyaçılar üçün 31,72 manat, 0-14 yaşlı uşaqlar üçün 65,72 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib. Xatırladaq ki, "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə