Maliyyə imkanlarımız iqtisadiyyatımızın dayanıqlılığını qorumağa əsas verir ÖZƏL - AÇIQLAMA

Maliyyə imkanlarımız iqtisadiyyatımızın dayanıqlılığını qorumağa əsas verir ÖZƏL - AÇIQLAMA

"Azərbaycanın maliyyə imkanları dayanıqlı iqtisadiyyatımızı qorumağa güclü əsaslar yaradır. 2020-ci ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişaf və makroiqtisadi sabitlik möhkəmlənib. Bütün sosial-iqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb. Qlobal böhrana baxmayaraq cari ilin ilk ayında ümumi daxili məhsul 3 faiz, birinci rüb üzrə 1,1 faiz artıb. Halbuki əksər dünya ölkələrində iqtisadi göstəricilərdə kəskin pisləşmə hiss olunmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti sayəsində bu gün qlobal böhran şəraitində belə öz inkişafını qoruyub saxlaya bilmişdir: "Cənab Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda da vurğuladığı kimi Azərbaycanda həyata leçirilən dərin islahatlar sayəsində ölkəmizin ümumi inkişafı qorubub saxlanılıbdır. Hazırda ölkəmizdə güclü maliyyə sabitliyi hökm sürür, iqtisadi və sosial layihələrdə ləngimə yoxdur, bütün proqramlar öz qrafiki üzrə icra olunur. Neft ucuzlaşsa da, qeyri-neft sektorunda artım hesabına iqtisadi inkişafın dayanılılığı təmin edilir. Birinci rübdə qeyri–neft sektorunda isə 3 faizdən çox artım qeydə alınıb ki, bu da dövlətimizin neftdənkənar sahələrin inkişafına verdiyi dəstəyin nəticəsidir. Xüsusilə də hazırda qeyri–neft sənaye sektorunda artım 23 faizdir, bu da sənayeləşmə siyasətinin verdiyi töhfə kimi dəyərləndirilə bilər".

Aydın Hüseynov qeyd edib ki, 2020-ci ilin birinci rübündə vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil edibdir. Bu, islahatların mühüm bir nəticəsidir və iqtisadiyyatda şəffaflaşmanın artması büdcə daxilolmalarının da həcminin yüksəlməsinə səbəb olur. Həmin vəsaitlər isə ilk növbədə, əhalinin sosial rifahının yaxşılaşmasına yönəldilir.

Millət vəkili onu da bildirib ki, bir çox ölkələrdə maliyyə ehtiyatları ilə bağlı problem yaranıb, əksər ölkələr Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına yardım üçün müraciət edib: "Azərbaycanın isə güclü maliyyə imkanları , güclü təhlükəsizlik yastığı vardır. Bütün bunlar dayanıqlı iqtisadiyyatımızı qorumağa güclü əsaslar yaradır. Hazırda bir çox ölkələrdə həm də zəruri ehtiyatların çatışmazlığı hökm sürür ki, bu da qiymət artımlarına yol açnaqdadır. Ancaq ölkəmizdə qiymət sabitliyi də qorunub saxlanılıb və inflyasiya 3 faiz səviyyəsində olub, əhalinin gəlirləri isə 7 faizə yaxın artıb. Yəni, insanların aylıq gəlirləri qiymət indeksini 2 dəfədən çox üstələyir. Bütün bunlar, Cənab İlham Əliyevin uzaqgörən praqmatik siyasətinin sayəsində mümkün olubdur".

A.Hüseynov vurğulayıb ki, son illərdə həm siyasi, həm iqtisadi sahələrdə, sosial məsələlərin həlli istiqamətində yürüdülən mükəmməl siyasət Azərbaycanın heç kimdən asılı olmadan, müstəqil və qüdrətli dövlət olmasını təsdiqləyir. Hazırda yürüdülən siaysət də onu göstərir ki, qlobal təhdidlərin artdığı bir vəziyyətdə ölkəmiz özünün resursları, güclü siyasi qərarları ilə böhrandan şərəflə çıxmağa qadirdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə