SOCAR bu ilin birincü rübündə neft və qaz hasilatını artırıb

SOCAR bu ilin birincü rübündə neft və qaz hasilatını artırıb

SOCAR bu ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 mln ton neft hasil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artım deməkdir.

SİA SOCAR-a istinadən billdirir ki, şirkət bu ilin yanvar-mart aylarında 1,8 mlrd. kubmetr qaz hasil edib, bu da 15,4% artım deməkdir.

Məlumata əsasən, ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 mlrd. kubmetr, neft hasilatı 9,3 mln. ton təşkil edib.

"SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib", - deyə məlumatda qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə