Neftin qiyməti "OPEC+" razılaşmasından sonra artıb

"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında aprelin 14-ü saat 04:44 (GMT+4) üçün 4,4 faiz qalxaraq 32,85 dollar/barel təşkil edib.

SİA "lenta.ru" saytına istinadən xəbər verir ki, neftin qiymətində artım "OPEC plus" ölkələrinin neft hasilatının azaldılması üzrə razılaşmasından sonra müşahidə edilib.

Bundan əlavə, "WTI" markalı neftin fyuçerslərinin qiyməti isə 6,8 faiz qalxaraq, 24,31 dollar/barel təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə