"Bank kreditləri ilə bağlı hazırda işlər gedir" Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü Elman Rüstəmov ona göstərilən etimada görə hər kəsə təşəkkürünü bildirib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilə iclasında çıxış edən E.Rüstəmov deyib: “Bu vəzifəyə Ulu öndər Heydər Əliyev tərəfindən gətirilmişəm. Növbəti dəfə mənə göstərilən yüksək etimada da görə təşəkkür edirəm”.

Bu günlərdə cənab Prezidentin tapşırığı ilə yaradılan işçi qruplarının birinə rəhbərlik etdiyini deyən Mərkəzi Bankın İdarə Heyətinin üzvü söyləyib ki, bank kreditləri ilə bağlı hazırda işlər gedir: “Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...