"Brent" markalı neftin qiyməti yenə aşağı düşüb

"Brent" markalı neftin qiyməti yenə aşağı düşüb

"Brent" markalı neftin qiyməti 9,5 faiz aşağı düşüb.

SİA xəbər verir ki, "Brent" markalı neftin fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 02:11-ə (GMT+4) olan göstəricilərə əsasən iyun ayı üçün 9,5 faiz düşərək 31,16 dollar/barel təşkil edib.

"WTI" markalı neftin fyuçerslərinin qiyməti isə 9,5 faiz düşərək, 25,88 dollar/barel təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə