Dövlətin sahibkarlara göstərdiyi DƏSTƏK AÇIQLAMA-ÖZƏL

"Azərbaycan iqtisadiyyatı 2020-ci ilə optimist ruh ilə başlamışdı. Lakin çox təəssüf ki, mart və fevral ayında formalaşan yeni konyuktur bu sahə üçün çətinliklər yaradıb. Hansı ki, bu problemləri çox qısa zamanda həll etmək mümkün olmayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, koronavirusla bağlı pendemiya dünya ölkələrinin iqtisadiyyatının zəifləməsinə, eləcə də təcridlərə gətirib çıxarıb: “Bu isə öz növbəsində sonradan əmtəə bazarlarında tələbin aşağı düşməsi və eyni zamanda OPEC+ ölkələrinin razılaşmaması fonunda neftin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxarmaqla Azərbaycan iqtisadiyatı üçün 2 istiqamətdə çətinliklər yaradıb. Birincisi, tədiyyə balansının, xarici ticarət saldosunun qorunması və bu fonda manatın məzənnəsinin indiki risklərdən müdafiə olunması, ikincisi idə dövlət büdcəsinin gəlirlərində xüsusilə də, həm neft həm də qeyri-neft seqmentindən qaynaqlanan dövriyyənin azalmasına hesabına daxilolmaların azalması bunun da son nəticədə dövlət büdcəsinin icrasında yaradacağı çətinliklərdir. Bununla yanaşı məşğulluq problemi də özünü göstərir. Çünki sosiol izolyasiya tədbirləri bu sahəyə də təsirsiz ötüşmür”.

Baş verən proseslərin qarşısının alınması istiqamətinə, ən azından sahibkarların bu prosesdən daha az ziyanla çıxması istiqamətində dövlət tərəfindən addımların atıldığını deyən ekspert söyləyib ki, dövlət dəstək proqramları nəticəsində sahibkarlara işçilərinin əmək haqlarını ödəmək üçün maliyyə dəstəyi veriləcək: “Dövlətin yaratdığı bu imkanlardan süi-istifadə hallarına yol verilməməlidir. Xüsusilə də sahibkarlar muzdlu işçilər üçün ayrılan vəsaiti mənimsəməməlidirlər”.

R.Həsənov qeyd edib ki, ölkə iqtisadiyyatının gedən proseslərdən az zərərli, eləcə də sahibkarların fəaliyyətinin yüngülləşdirilməsi istiqamətində dövlət dəstək proqramlarının maliyyə həcminin 2.5 milyard manat nəzərdə tutulub ki, artıq Ölkə başçısının sərəncamı 1 milyart manat Nazirlər Kabinetinə ayrılıb.

İqtisadçı qeyd edib ki, dəstək prorqmlarında yer alan məsələlərdən biri insanların elektrik enerjisi istehlakında limitin artırılmasıdır.

Ekspert əlavə edib ki, insanları narahat edən məsələlərdən biri izolyasiya tədbirləri zamanı əmək haqlarının verilməsidir ki, bu istiqamətdə heç bir problem olmayacaq: “Əskinə dövlət özəl sahibkarlara belə halların baş verməməsi üçün dəstək göstərir, müxtəlif tapşırıqlarını verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...