Mərkəzi Bankın valyuta ehtiyatları 6393,8 milyon dollardır

Bu ilin aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 393,8 mln. ABŞ dolları təşkil edib. SİA-nın Mərkəzi Bankın hesabatına istinadən verdiyi məlumata görə, bu ötən ay ilə müqayisədə 7,1 mln. dollar və ya 0,11% azalıb.

İllik müqayisədə isə 615,2 mln. dollar və ya 10,7% artım qeydə alınıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə