Xarici ticarət dövriyyəsinin 3,4 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar təşkil edib

Xarici ticarət dövriyyəsinin 3,4 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar təşkil edib

Bu ilin yanvar-fevral aylarında ölkənin hüquqi və fiziki şəxsləri 102 xarici dövlətlə 4,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 3,4 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 1,3 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib.

Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin fiziki həcmi 9,9 faiz, o cümlədən idxal 1,9 dəfə, ixrac isə 3,8 faiz artıb. İxracın idxalı 2,6 dəfə üstələməsi nəticəsində 2,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (85 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya Federasiyası, Malayziya, Ukrayna, Türkiyə, İspaniya, Bolqarıstan, Çin, Almaniya, Hindistan, İsrail və Qazaxıstan dövlətləri ilə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə