Heydər Əliyev adına BNEZ-də katalitik krekinq qurğusu əsaslı təmirdən sonra istismara verilib
Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) ən iri və mühüm istehsal sahələrindən olan 55 nömrəli katalitik krekinq qurğusu əsaslı təmirdən sonra istismara verilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, təmirdən sonra qurğunun işi daha da yaxşılaşmış, alınan məhsulların keyfiyyət və kəmiyyət göstəriciləri xeyli yüksəlib. Təmir zamanı R-201 reaktorunda mühüm işlər görülmüşdür ki, bu da qurğunun müvəffəqiyyətlə istismar olunmasına zəmin yaradıb.
Təmir müddətində katalitik krekinq və hidrotəmizləmə qurğularının TDS (istehsalatın avtomatik idarəetmə sistemi) sistemi təkmilləşdirilərək işə buraxılıb. Əsaslı təmir işlərindən, həmçinin daha mükəmməl yeni elektron sistemin tətbiqindən sonra idarəetmə daha da asanlaşmış, istehsal göstəriciləri xeyli yüksəlib.
Belə ki, mart ayında qurğuya emal üçün 135182 ton vakkum qazoylu, 1067 ton maye qaz başlığı, 2442 ton quru qaz emala göndərilib, nəticədə 17833 ton maye qaz, 16843 ton yüngül fleqma, 21109 ton ağır fleqma istehsal olunub. Bu göstərici isə əvvəlki aylarla müqayisədə irəliləyişlərin əldə olunduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB