Qara Dəniz Ticarət və İnkişaf Bankının nümayəndələri azərbaycanlı iş adamları ilə görüşüb

Qara Dəniz Ticarət və İnkişaf Bankının nümayəndələri azərbaycanlı iş adamları ilə görüşüb

Bu gün Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) nümayəndələri azərbaycanlı iş adamları ilə görüşüb. SİA- nın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyev, QDTİB-in prezidenti Andrey Kondakov və digər nümayəndələr iştirak ediblər.

 

Tədbiri giriş sözləri ilə açan Samir Vəliyev ilk olaraq Azərbaycanın beynəlxalq maliyyə institutları və QDTİB ilə əlaqələrini yüksək qiymətləndirib: "Azərbaycanın bankın nizamnamə kapitalındakı payı 5%-dir. Bank Azərbaycan iqtisadiyyatının özəl sektorunda fəal iştirak edən beynəlxalq maliyyə institutlarındandır və bu günə kimi ölkəmizdə 14 layihə maliyyələşdirib. Bütün bunlarla yanaşı, sahibkarlarımızla bu cür əlaqələrin yaradılması təbii ki, bizim üçün böyük uğurdur."

 

Daha sonra çıxış edən Andrey Kondakov isə Azərbaycanla yaxından əməkdaşlıqdan məmnunluq duyduğunu dilə gətirib. Daha sonra bankın fəaliyyəti haqda ətraflı məlumatla çıxış edən Kondakov qeyd edib ki, azərbaycanlı iş adamları ilə keçirilən görüşdə onlar üçün hər cür imkanın yaradılması nəzərdə tutulub.

 

Tədbir qeyri-neft sektorunda həyata keçirilən layihələr barədə təqdimatlar əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə