Beynəlxalq Enerji Agenliyi: “Neft qiymətləri dünya iqtisadiyyatına zərər verir”

Beynəlxalq Enerji Agenliyi: “Neft qiymətləri dünya iqtisadiyyatına zərər verir”

Beynəlxalq Enerji Agenliyi (BEA) yüksək neft qiymətlərinin dünya iqtisadiyyatına və neftə tələbatının artmasına zərər verdiyini xəbərdarlıq edib. SİA-nın məlumatına görə, inkişaf etmiş 28 ölkəyə enerji siyasətində məsləhətçilik edən BEA-nın aylıq hesabatında 2011-ci il üçün neft tələbinin 1,6 faiz və ya gündəlik 1,4 milyon barrel artaraq orta hesabla 89,4 milyon barrel olacağı qeyd edilib.

 

Neft İxraç edən Ölkələr Təşkilatının (OPEC) Liviyadakı daxili müharibəyə görə keçən ay neft hasilatında azalma olduğu, keçən ay təşkilatın gündəlik 26,51 milyon barrel neft hasilatının 2010-cu il may ayından indiyə kimi ən aşağı səviyyədə olduğu bildirilib. Hesabatda neft hasilatçılarının rəsmi satış qiymətlərini azaldaraq və bazara əlavə xam neft çıxararaq qiymətləri aşağı sala biləcəyi vurğulanıb. Liviyadakı vətəndaş müharibəsi səbəbi ilə dünya neft istehsalı keçən ay gündəlik 700 min barrel azalaraq gündəlik 88,27 milyon barrel təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə