Mərkəzi Bankının sədr müavini: "Bizim hədəfimiz birrəqəmli inflyasiyadır"
"Bizim hədəfimiz birrəqəmli inflyasiyadır". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Aftandil Babayev məlumat verib. O bildirib ki, əgər idxal mallarında, dünya ərzaq bazarında kəskin artım olmasa, neftin qiymətinin belə tempdə artmasının dünya əmtəə bazarlarında qiymətlərin artmasına çox ciddi təsir etməyəcəyi halda, bizim inflyasiyaya olan hədəfimiz realdır. Ancaq neft məhsullarının qiymətinin artmasının dünya bazarında digər malların qiymətinin artmasına necə təsir göstərəcəyini indidən söyləmək çətindir. Bütövlükdə isə indiki qiymətləndirməmiz göstərir ki, bu real qiymətdir. Biz hər zaman göstərmişik ki, ölkədə inflyasiya 10%-dən aşağı olmalıdır. Bütövlükdə hədəf birrəqəmlidir. Bu iqtisadi siyasətin bütün kanallarının məhz bu hədəfə uyğun davam etdirilməsi bunu təmin etməyə əsas verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB