Brent markalı neftin qiyməti 5 faiz bahalaşdı

Brent markalı neftin qiyməti 5 faiz bahalaşdı

Brend markalı neftin dünya bazarında qiyməti 5.5 faiz bahalaşıb. SİA-nın xəbərinə görə, dünya Brent markalı neftin 1 barelinin dünya bazarında qiyməti 5.63 faiz artaraq 26.27 dollara qalxıb. Bir neçə saat bundan öncə isə qiymət 27.11 dollara çatmışdı.

WTI markalı neftin bir barelə görə isə qiyməti 12,48 faiz artaraq 23,43 dollara yüksəlib.

Xatırladaq ki, ötən gün dünya bazarında neftin qiyməti 13-21 faiz uculaşmışdı. Brent markalı neftin ən minimum qiyməti 2003-cü ilin martın 12-də 26 dollar, WTI-nin ən aşağı qiyməti isə 2002-ci ilin martın 1-də 23 dollar olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə