Cari ilin ilk iki ayında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 20 milyon dollar olub

Cari ilin ilk iki ayında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 20 milyon dollar olub

Yanvar-fevral aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 20 milyon dollara yaxın olub.

SİA Belarus Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 16,5 milyon dollar, ölkəmizdən Belarusa isə 3,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə