Naxçıvanın xarici ticarət dövriyyəsi 51 milyon dolları təşkil edib

Naxçıvanın xarici ticarət dövriyyəsi 51 milyon dolları təşkil edib

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. SİA xəbər verir ki, 2020-ci ilin yanvar-fevral aylarında 51 milyon 156 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 37 milyon 44 min 600 ABŞ dolları təşkil edib, 22 milyon 933 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə