İltimas Məmmədov: “Yaxın zamanlarda yeni tariflərin tətbiqi gözlənilmir” - MÜNASİBƏT

İltimas Məmmədov: “Yaxın zamanlarda yeni tariflərin tətbiqi gözlənilmir” - MÜNASİBƏT
"Respublikanın bütün bölgələrində ATS-lərin elektronlaşması başa çatmaq üzrədir. Regionlarda bu proses tamamilə başa çatıb və bütün ATS-lər elektronlaşıb". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib. O bildirib ki, bu günlərdə Bakı şəhərində 494-495-ci ATS-lər rekonstruksiya olunur, yenilənir. Bundan sonra isə 432-439 saylı ATS-lərdə yeniliklərin davam edəcəyini deyən nazir müavini qeyd edib ki, bu ayın sonun kimi bu ATS-lərin də rekonstruksiyası başa çatacaq. Onun sözlərinə görə, bundan sonra texniki olaraq şəbəkə yeni tarif paketlərinin tətbiqinə hazır olacaq.

"Bundan sonra nazirlik tərəfindən təkliflər hazırlanacaq. Zərurət olduğu halda Tarif Şurası tərəfindən bu təkliflər qəbul olunacaq. Yaxın zamanlarda yeni tariflərin tətbiqi gözlənilmir. Lakin yeni tariflər, danışıq vaxtına görə ödəniş və ya pulsuz danışıq limiti tətbiq olunarsa belə bu zaman istifadəçilərin maraqları nəzərə alınacaq. Hər hansı bir şəbəkə yeniləşəndə, elektronlaşanda o istifadəçilərə daha yeni xidmətlər, genişzolaqlı internet və başqa imkanlar verir. Burada məqsəd heç də vəziyyəti ağırlaşdırmaq, gərginləşdirmək deyil. Bu mənada heç bir narazılığa əsas yoxdur. Əgər hansı bir yeni tarif tətbiq olunacaqsa, bunu Tarif Şurası qəbul edəcək. Bu isə yalnız istifadəçilərin yaxşı vəziyyəti üçün tətbiq olunacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə