Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının II iclasının yekunlarına dair protokol imzalanıb

Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının II iclasının yekunlarına dair protokol imzalanıb

Bakıda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın II iclasının yekunlarına dair protokol imzalanıb. SİA-nın xəbərinə görə, protokolu komissiyaya Azərbaycan tərəfdən sədrlik edən iqtisadi inkişaf naziri Şahin Mustafayev və İordaniya tərəfdən sədrlik edən sənaye və ticarət naziri Hani əl-Mülki imzalayıb.

 

Protokolda iki ölkə arasında növbəti illərdə konkret nəticələrə nail olunması, ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, gömrük, nəqliyyat, mədəniyyət və turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin İordaniyanın Azərbaycanda, Azərbaycanın isə İordaniyada Ticarət Evinin yaradılması məsələləri öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə