Neft bahalaşıb

Dünya bazarlarında neftin qiyməti bahalaşıb. SİA xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti təxminən 3,38 faiz bahalaşıb.

"Brent" markalı neftin bir bareli 30,62 dollarına təşkil edib. WTI markalı neftin bir barelinin qiyməti isə 3,55 faiz bahalaşıb və 29,96 dolları təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə