İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Goranboy rayonunda ötən il aqrar məhsulların həcmi 13,8 faiz artıb. Rayon icra hakimiyyətindən SİA-ya bildirilib ki, bu artıma dövlət tərəfindən fermerlərə verilən subsidiya və texnika təminatı nəticəsində nail olunub.
Keçən il 67 min 258 ton taxıl istehsal edilib və hər hektardan məhsuldarlıq 31 sentner olub. 3102 hektardan 7,3 min ton pambıq, 8 hektardan 12,7 ton tütün və 8,5 ton barama məhsulu əldə edilib. 180 hektar sahədə şəkər çuğunduru əkilib, 2 min 520 ton məhsul götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB