Gömrük məntəqələrinin fəaliyyəti bərpa olunub

Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, sərhəd keçid məntəqələri bağlanmayıb və dezinfeksiya səbəbindən 1 saatlıq məhdudiyyət tətbiq olunub. Bu gün də gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək. Hazırda hər iki məntəqədən gediş-gəliş təmin olunur. O da bildirilir ki, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə