2011-ci il mart ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 5 milyard 209,8 milyon manat təşkil edib. Mərkəzi Bankın Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bunun 3 milyard 142,9 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,7% çoxdur.
2011-ci il martın 1-nə banklara qoyulan əmanətlərin 1 milyard 487,7 milyon manatı (47,3%) manatla, 1 milyard 655 milyon manatı (52,7%) isə xarici valyuta ilə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB