Son 12 ayda pul kütləsinin həcmi 35% artıb

Son 12 ayda pul kütləsinin həcmi 35% artıb

2011-ci il mart ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 7 milyard 907,7 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,1% artıb.

 

2011-ci il martın 1-nə olan pul kütləsinin 5 milyard 363,1 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 192,4 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 352,2 milyon manatı isə müddətli depozitlərin payına düşüb

Bütün xəbərlər Facebook səhifəmizdə