Rövnəq Abdullayev: “Dövlət Neft Şirkətində çalışan işçilərin əmək haqları minimum 5, bəzi sahələrdə isə 15 % artıb”
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan bəzi ərazilərdə torpaqlarda qanunsuz tikililərin olması ən yanıqlı yerimizdir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib. O bidlirib ki, müəyyən vaxtlarda neftlə çirklənmiş, neft mədənlərinin ərazisində evlər tikilib. Bunun qarşısını aldıqlarını deyən R.Abdullayev vətəndaşlardan xahiş edib ki, yeni tikilən belə evlərə getməsinlər: "Biz maksiumum çalıcağıq ki, heç olmasa texnoloji işlərin həyata keçirilməsinə mane olan tikililəri aradan götürək. Bu tikililərin hamısı qanunsuzdur. Sənədi olan və Dövlət Neft Şirkətinin icazəsi ilə tikilən tikililəri qanuni hesab edirik. Qanunsuz tikililərin məsələsinə isə baxılacaq. Bildiyiniz ki, hökumət bununla bağlı komissiya yaradıb və məsələyə baxılır. Hansı qərar qəbul olunsa, biz onu yerinə yetirəcəyik. Hökumətin qərarını gözləyirik".
R.Abdullayev bu ərazilərdə tikilən evlərin ilk növbədə əhalinin özü üçün təhlükəli olduğunu bildirib: "Bir şeyi başa düşmək lazımdır ki, neft quyusunun yanında ev tikilməsi nə qədər təhlükəlidir. Digər tərəfdən, ekoloji cəhətdən orda yaşamaq nə qədər mümkündür. Ola bilər ki, orada yaşayanlar bunu başa düşmürlər, amma bu vəziyyət həmin ailənin genofonduna, onun nəslinə ziyandır. Bu ərazilərdəki yaşamaq təhlükəsizliyinə heç kim zəmanət vermir. Allah eləməsin, hər şey ola bilər. Bəzən quyularda müxtəlif proseslər gedir, hər şey mümkündür".
Neft qiymətlərinin artması ilə bağlı Dövlət Neft Şirkətində çalışan işçilərin əmək haqlarının artmasına gəlincə R.Abdullayev bildirib ki, şirkətdə maaşlar hər il korreksiya olunur. 1 aprel tarixindən növbəti korreksiyanın həyata keçirildiyini deyən şirkət prezidenti bildirib ki, maaşlar minimum 5, bəzi sahələrdə isə 15 % artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB