Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən qarışıq maliyyə risklərinin sığortası (işin dayanması ilə bağlı risklərdən sığorta) üzrə 2019-cu il ərzində 321,5 min manat həcmində sığorta haqqı yığılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən il ərzində bu sığorta növü üzrə ödəniş həyata keçirilməyib.
AMB-nin məlumatına əsasən, 2018-ci ildə bu sığorta növü şirkətlərin toplam sığorta haqları 0,6 min manat təşkil edib. Həmin il ərzində heç bir ödəniş həyata keçirilməyib.
Hesabata əsasən, ötən il ərzində kreditlərin sığortası üzrə yığımlar isə 2018-ci ildəki 1,860 mln. manatdan 157,7 min manata azalıb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB