Azərbaycanda kredit təşkilatları 14,8 mlyn. manat mənfəət əldə edib Mərkəzi Bank

Azərbaycanda kredit təşkilatları 14,8 mlyn. manat mənfəət əldə edib Mərkəzi Bank

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 14,8 milyon manat xalis mənfəətlə başa vurub. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, il ərzində BOKT-ların əməliyyat gəlirləri 68,2 milyon manat, əməliyyat xərcləri 52,1 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 0,4 milyon manat, gözlənilməz gəlirləri 1 milyon manat, mənfəət vergisi ödəmələri isə 2,7 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 342,6 milyon manat olub ki, bunun da 238,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən ilin sonuna BOKT-lar 201,4 milyon manat öhdəliklərə, 141,2 milyon manat balans kapitalına malik olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə