2011-ci il mart ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 9 milyard 152,8 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artıb. Kredit qoyuluşlarının 509,4 milyon manatı (5,6%) vaxtı keçmiş kreditlərin payına düşüb.
Kreditlərin 30%-i və ya 2 milyard 748,3 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 milyard 144,2 milyon manat (23,4%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 448,5 milyon manatı (4,9%), sənaye və istehsalın payına isə 685,8 milyon manatı (7,5%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 979,7 milyon manatı və ya 10,7%-i, kənd təsərrüfatı və emalına 439,8 milyon manatı və ya 4,8%-i, inşaat və əmlak sahəsinə 647,6 milyon manat (7,1%), digər sahələrə isə 43,5 milyon manatı və ya 0,5%-i yönəldilib.
2011-ci il martın 1-nə kreditlərin 2 milyard 501,4 milyon manatı (27,3%) qısamüddətli, 6 milyard 651,5 milyon manatı (72,7%) isə uzunmüddətli kreditlər olub.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 941,3 milyon manat (43,1%), özəl banklar tərəfindən 5 milyard 2,7 milyon manat (54,7%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 208,9 milyon manat (2,3%) kredit qoyulub.
Kreditlərin 5 milyard 888,6 milyon manatı və ya 64,3%-i manatla, 3 milyard 264,2 milyon manatı və ya 35,7%-i xarici valyuta ilə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB