Azərbaycan və Türkiyə arasındakı ticari dövriyyə 2 milyard dollardır

Azərbaycan və Türkiyə arasındakı ticari dövriyyə 2 milyard dollardır

2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 180,628 milyon dollar artaraq 2,033 milyard dollar təşkil edib. SİA xəbər verir ki, bu Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2019-cu ilin 12 ayı ərzində Türkiyənin Azərbaycana ixracı 1,639 milyard dollar, Azərbaycandan idxal isə 394,756 milyon dollar olub.

2019-cu ilin dekabrında Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 74,087 milyon dollar artaraq 235,485 milyon dollar təşkil edib.

2019-cu ilin dekabr ayında Türkiyənin Azərbaycana ixracı 194,206 milyon dollar, Azərbaycandan idxal isə 41,279 milyon dollar təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə