Cənub Qaz Dəhlizi Azərbaycan üçün önəmli gəlir mənbəyidir - Xarici media

Cənub Qaz Dəhlizi Azərbaycan üçün önəmli gəlir mənbəyidir - Xarici media

Azərbaycanda yüksək səviyyədə iqtisadi inkişaf gedir. Buna həm neft və qaz sektoru, həm də qeyri-neft sektorundakı inkişaf təkan verir. Hazırda Azərbaycanda qaz hasilatının da artırılması ilə bağlı işlər görülür. SİA xəbər verir ki, "Index Mundi" Azərbaycanın iqtisadi siyasi inkişaf göstəriciləri ilə bağlı məlumat yayıb. Həmin məlumatda qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Novorossiysk neft kəməri və Bakı-Supsa neft kəməri ölkədə əsas iqtisadi mühərrik olaraq qalır.

Məlumatda deyilir ki, Azərbaycan və Avropa arasında geosiyasi cəhətdən əhəmiyyətli hesab olunan Cənub Qaz Dəhlizi (CQD) ölkə üçün qaz ixracatı cəhətdən önəmli gəlir mənbəyi olacaq və layihənin 2020-2021-ci ildə başa çatması gözlənilir.

Eyni zamanda ölkə rəhbərliyinin gömrük və dövlət müəəsisələrində karrupsiyaya qarşı mübarizə apardığı da vurğulanıb.

Azərbaycanın Türkiyə və xüsusilə də Avropa ilə ticarət əlaqələrini genişləndirdiyi, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə (ABŞ və digərləri ilə) əməkdaşlıq etdiyi qeyd olunub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə