Taxılçılıqda 3,5 milyon ton məhsul istehsal olunub

Taxılçılıqda 3,5 milyon ton məhsul istehsal olunub

Kənd təsərrüfatı məhsullarının ümumi istehsalı bir öncəki ilə nisbətən 7 faiz artım təşkil edib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, 2019-cu ildə taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunub. Bu da ötən ilə nisbətən 6,9 faiz çoxdur. Buğda məhsulları isə təxminən 32,4 sentner təşkil edir. Bu rəqəm ötən ilə nisbətən 2 sentner çoxluq təşkil edir. Pambıqçılıqda isə 26,4 faiz məhsul artımı olub. Ümumi məhsuldarlıq 67,6 faiz artıb.

2019-cu ildə heyvandarlıqda ət - diri çəkidə 3 faiz artımla müşahidə edilib.

Ölkədə un istehsalı 1,6 faiz artıb, barama istehsalı isə 25,3 faiz artıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı da kənd təsərrüfatı istehsalının son illərlə müqayisədə rekord həddə çatdığını söyləyib. Xüsusilə bitkiçilikdə artım 10 faizdən çox olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə