Azərbaycan Respublikası Mərkəzi Bankın göstəricilərinə əsasən 2019-cu ilin dövrün sonuna qədər müştərilərin bank hesablarının sayı və tərkibi haqda məlumat verib. SİA xəbər verir ki, il sonuna qədər bank müştərilərinin sayı 8 milyon hesabı ilə qeydə alınıb. Onlardan 7,9 milyonunu fiziki şəxlər, 117 hüquqi şəxslər təşkil edir. Belə ki, 328 mini isə sahibkarlıqla məşğul olanlar müştərilər kimi qeydə alınıb.
Dövrün sonuna qədər müştəri hesablarının sayı 19 milyon qeyd edilib. Cari hesablar 16 milyon, kredit hesabları 2,8 milyon, depozit hesabları isə 388 mini təşkil edib.
Belə ki, ümumi hesabların 15,8 milyonu fiziki şəxslərə, 367 mini sahibkarlıqla məşğul olanlar, 257 mini isə hüquqi şəxslərə məxsusdur.
Qeyd edək ki, 2019-cu ilin dövrün sonuna qədər olan rəqəmlər bir öncəki ilin statistikasından daha yüksək nəticələri göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB