Müəmmar Qəddafi qoşunlarının Liviyada üsyançıları sıxışdırması fonunda dünya bazarlarında neft kəskin bahalaşıb. SİA-nın xəbərinə görə, London birjasında "Brent Crude Oil" markalı neftin bir barelinin qiyməti 2,25 dollar artaraq, 117,20 dollara çatıb.
Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neft 2,45 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 106,72 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB