Dünyanın əksər ölkələri iqtisadi böhranla üzləşdiyi halda Azərbaycanda bunun əksi, dinamik artım, iqtisadi yüksəliş müşahidə olunur. Bir çox dünya ölkələrinin xarici ticarət dövriyyəsində mənfi saldo qeydə alınması fonunda isə ölkəmizin xarici ticarət dövriyyəsinin müsbət saldosu təqdirəlayiqdir və bu fakt özü müsbət dinamikanın, iqtisadi tarazlığın və inkişafın təsdiqidir.
Ötən ilin yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizin xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 milyrad dollar təşkil edir ki, bu özü çox yüksək göstəricidir. Cənab Prezident ölkəmizin valyuta ehtiyatlarının 6,4 milyard dollar artdığını və rekord həddə, 51 milyard dollara çatdığını vurğulayıb. Etiraf etmək lazımdır ki, bu göstəricilər, daha dəqiq desək, istər xarici ticarət dövriyyəsində qeydə alınan müsbət saldo, istərsə də valyuta ehtiyatlarının rekord həddə çatması ölkə başçısının apardığı düşünülmüş, məqsədyönlü, uğurlu iqtisadi siyasətinin məntiqi nəticəsidir.
Təbii ki, xarici ticarət dövriyyəsində müşahidə olunan müsbət saldo həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcəyini cəsarətlə söyləmək olar. Belə uğurlu nəticələr və əldə olunan qənaətbəxş statistik göstəricilər nəticiyə hesablanan siyasət sayəsində reallaşıb və bu siyasətin davamının iqtisadi sabitliyi qoruyacağına zərrə qədər şübhə ola bilməz. Bu, həmçinin ölkənin pul vahidinin məzənnəsinin də sabit qalacağını proqnozlaşdırmağa əsas verir.
Hesabat ilində Mərkəzi Bankın, Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin öz ehtiyatlarını xeyli artırması heç də təsadüfi deyil. Bu nailiyyətləri də şərtləndirən dövlət başçısının müəyyənləşdirdiyi strategiya, aparılan islahatlar və yürüdülən düzgün, doğru iqtisadi siyasətdir. Məhz bu siyasətin sayəsində maliyyə resurslarının artdığının indi hamı şahididir və əldə olunan göstəricilər bunu əyani şəkildə təsdiq edir.
Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycanın MDB məkanında birinci yerdə olması çox böyük nailiyyətdir. Ən azından bu, ölkəmizin həmin məkanda hansı iqtisadi imkanlara malik olması və liderliyi deməkdir. Həmçinin, ölkəmizin valyuta ehtiyatlarının xarici borcu 5 dəfədən çox üstələməsi də sıradan bir göstərici deyil. Məhs bu göstərici bir çox məqamları özündə ehtiva edir və ən başlıcası bu o deməkdir ki, ölkəmizin xarici borcu onun valyuta ehtiyatlarının cəmi beşdən birini təşkil edir. Yəni, ölkəmiz xarici borcdan istənilən anda və dərhal azad olmaq imkanına malikdir. Halbuki, dünyanın ən fövqəl dövlətlərində, məsələn ABŞ kimi bir nəhəng dövlətdə xarici borc valyuta ehtiyatlarından fantastik dərəcədə artıqdır və hətta bu ölkənin xarici borclanması ölkənin valyuta ehtiyatlarını bir növ kosmik sürətlə ötüməkdə, üstələməkdə davam edir. Bir sözlə, ən fövqəl dövlətlərlə müqaisədə belə ölkəmizin dinamik inkişafı, əldə etdiyi müsbət nəticələr nəzərə çarpacaq dərəcədədir və bu da öz növbəsində növbəti illər üçün nikbin proqnozlar verməyə, ölkə valyutasının sabit qalacağını söyləməyə əsas verir.
S&P Global Ratings" beynəlxalq reytinq agentliyi növbəti dörd ildə Azərbaycan manatı barədə nikbin proqnoz verib və agentliyin proqnozuna görə növbəti dörd ildə Azərbaycan manatının məzənnəsi ABŞ dollarına nisbətdə stabil qalaraq 1,7 səviyyəsində olacaq. Beynəlxalq reytinq agentliyi olan S&P Global Ratings bu proqnozu heç də təsadüfi olaraq verməyib və "S&P" hazırda manatın məzənnəsini dövri fiksasiya ilə çevik məzənnə rejimi kimi təsvir edir. Agentliyin gözləntilərinə görə, neftin hazırki qiymətləri gözləniləndən aşağı ensə də, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini operativ şəkildə tənzimləyəcək.
Dünya miqyasında nüfuzlu bir beynəlxalq reytinq agentliyinin belə bir proqnoz ferməsi əlbəttə ki əsassız deyil. Doğrudur, Azərbaycanın maliyyə sektorunda bir sıra həssaslıqlar qalıb, amma buna baxmayaraq beynəlxalq reytinq agentliyi sözsüz ki, hazırda bu sahədə müsbət meylləri müşahidə edə bilir və ölkəmizin valyutası barədə agentliyin nikbin proqnoz verməsi də bundan irəli gəlir. Agentlik əlbəttə ki, son 3 ildə aşağı inflyasiyanı, möhkəm və sabit məzənnəni, çox aşağı və konservativ azalan xarici borcu, möhkəmlənən xarici mövqelərimizi nəzərə alaraq belə bir proqnoz verib. Çünki, sadalanan məqamların ölkəmiz üçün əlverişli şərait yaratması nüfuzlu bir beynəlxalq reytinq agentliyinin diqqətindən yayına da bilməzdi.
Ötən ilin yekunlarına həsr olunan müşavirədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov cari ildə həm təmsil etdiyi qurumun, həm də Azərbaycan hökumətinin qarşısında duran olduqca mühüm vəzifələrə toxunarkən cari ilin əsas vəzifəsinin təbii ki, yenə də inflyasiya olduğunu xatırladıb. Həm əhalinin gəlirlərinin formalaşmasında, həm manatın alıcılıq qabiliyyətinin qorunmasında, həm əhalinin aktivlərinin, yığımlarının dəyərsizləşməsinin qarşısının alınmasında bu məsələnin olduqca prinsipial olduğunu da Mərkəzi Bankın rəhbəri xatırladıb.
E.Rüstəmov Mərkəzi Bankın proqnozunun dəyişmədiyini, inflyasiyanın 4 faiz ətrafında sabitləşdirilməsinin planlaşdırıldığını vurğulayıb və qeyd edib ki, həmin inflyasiya səviyyəsinə yenə də nail olmaq üçün bu istiqamətdə hökumətlə birlikdə sıx koordinasiyada işləri görüləcək.
Mərkəzi Bank rəhbəri hökumətin rəsmi baza proqnozunda 55 dollarda belə tədiyə balansımızın bu il də müsbət olacağını vurğulayaraq bildirib ki, bu il də valyuta ehtiyatlarını yığmağa imkan olacaq. O, qeyd edib ki, bir tərəfdən neftin faktiki qiymətinin daha da yüksək olması və valyuta vəsaitlərinin, valyuta gəlirlərinin şaxələnməsi istiqamətində görülən tədbirlər daha tarazlı valyuta bazarına malik olmasına imkan verəcək.
Heç də təsadüfi deyil ki, Mərkəzi Bank rəhbəri Elman Rüstəmov bu il də manatın məzənnəsinin sabitliyinin qorunacağına ümid edir. Çünki, bu ümidlər ötən ilin, hesabat ilinin müsbət göstəricilərindən doğur. Ölkə başçısı Cənab Prezident İlham Əliyevin ötən ilin yekunlarına həsr olunmuş müşavirədə dedikləri, eləcə də Mərkəzi Bank rəhbərinin nikbin proqnozları ölkə vətəndaşının da ümidlərini, ələlxüsus milli valyutamız olan manatın sabitliyinin qorunacağına olan ümidlərini daha da artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB