2020-ci ildə neftin bir barelinin qiyməti PROQNOZ

2020-ci ildə neftin bir barelinin qiyməti PROQNOZ

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırladığı 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə əsasən 2020-ci ildə ixraca yönələn xam neftin bir barelinin 55 ABŞ dolları səviyyəsində olması gözlənilir.

Ortamüddətli dövr ərzində xarici ticarət balansının mütəmadi artımı proqnozlaşdırılır. Eyni zamanda cari ilə milli valyutanın mübadilə məzənnəsinin də sabit qalacağı gözlənilir. Bu əsasda, 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1.7 səviyyəsində olması proqnozlaşdırılıb.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsində neftin bir bareli 60 ABŞ dolları səviyyəsində olması qeydə alınmışdı.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə