2,3 milyard dollarlıq təbii qaz və...

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, keçən ilin 11 ayında ölkədən 10 milyard 907,5 milyon kubmetr təbii qaz ixrac edilib. Yanvar-noyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 2 milyard 316,1 milyon ABŞ dollarından çox olub. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan həmçinin dəyəri 101,8 milyon ABŞ dolları olan 165,5 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib. 11 ayda ölkədən, həmçinin 292,1 milyon dollarlıq 651,4 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 11,3 milyon dollarlıq 49,5 min tondan çox maye qaz, 21 milyon dollarlıq 211,1 min ton neft koksu göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə