Dövlət orqanlarının əməkdaşlarına pulların yuyulmasına qarşı mübarizəyə dair təlim keçirilir
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin və Beynəlxalq Valyuta Fondunun (BVF) birgə təşkilatçılığı ilə 2011-ci ilin 28 mart – 4 aprel tarixlərində "Pulların yuyulması və aktivlərin izlənilməsi" mövzusunda təlim keçirilir.
SİA-nın xəbərinə görə, təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin, Bakı şəhər prokurorluğunun, Vergilər Nazirliyinin əməkdaşları və Hakimlər iştirak edirlər. Təlimin keçirilməsi üçün BVF-nin dəstəyi ilə Bazel İdarəetmə İnstitutunun mütəxəssislərindən ibarət olan beynəlxalq ekspertlər cəlb edilib.
Altı günlük təlimdə beynəlxalq ekspertlər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının əlamətlərinin aşkar edilməsi, bu sahədə cinayət əməllərinin istintaqı və sübut etmə təcrübəsinin inkişaf etdirilməsi, qarşılıqlı hüquqi yardım, aktivlərin izlənilməsi və digər bu kimi mövzularda təqdimatların keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB