Bu gün dünya bazarlarında neftin qiyməti qismən ucuzlaşıb. SİA-nın xəbərinə görə, günün ikinci yarısından sonra London birjasında "Brent Crude Oil" markalı neft 0.04 dollar və 0.03 faiz ucuzlaşıb. Belə ki, bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 115,66 dollar olub.
Nyu-York birjasında "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 0,13 dollar və ya 0.12 faiz düşərək 104,84 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB